Culfa şəhər 2 nömrəli tam orta məktəbində “Kitab bilik mənbəyidir” mövzusunda rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir. Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəbin fənn müəllimləri iştirak etmişdir.
Yarışma iştirakçılarına “Oxunması zəruri olan kitablar”dan 20 sual təqdim olunmuşdur. Yarışmanın nəticələrinə görə
I yerin qalibi Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası
II yerin qalibi Kırna kənd tam orta məktəbin komandası
III yerin qalibi isə Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası olmuşdur.
Qaliblərə Culfa Rayon Təhsil Şöbəsinin diplomları verilmişdir.