• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün189
mod_vvisit_counterDünən3719
mod_vvisit_counterBu həftə9670
mod_vvisit_counterBu ay40337
mod_vvisit_counterÜmumi2981148

Tarix: 23 Yan., 2025

Laborator işlər canlandırılır

Təbiət fənlərinin qavranılmasında mövzuların dərinləşdirilməsi üçün laborator işlərin canlandırılması məqsədilə Yurdçu kənd tam orta məktəbinin IX sinfində məktəbin kimya müəllimi Gündüz Məmmədov tərəfindən “Metalların aktivlik sırası” mövzusunda laboratoriyada nümunəvi açıq dərs keçirilib.

Laboratoriyada təcrübənin aparılmasında əsas məqsəd şagirdlərdə reaktivlərlə davranmaq, kimyəvi təcrübələrin aparılması vərdişlərini möhkəmləndirmək, vərdişləri praktikada yoxlamaq, şagirdlərin laboratoriya şəraitində sərbəst işləməsini təmin etmək, düşünmə qabiliyyətini, dünyagörüşünü artırmaq, eyni zamanda nəzəri biliklərin isbat edilməsi və yaddaşda möhkəmləndirilməsidir.

Açıq dərsdə “Metalların aktivlik sırası”,  “Hallogenlərin alınma reaksiyaları”, “Fiziki hadisələrdə sublimasiya prosesinin mahiyyəti”, “Nitrat turşusunun metallarla reaksiyası”, bundan əlavə şagirdlərin böyük marağına səbəb olan “Od olmayan yerdən tüstü çıxmaz” təcrübəsi aparılıb ki, burada ammonyak qazı ilə xlorid turşusunun reaksiyasının təcrübəsi səhnəciklə təqdim olunub.

Bütün canlıların o, cümlədən insanların sağlamlığının qorunmasında, xəstəliklərə qarşı daha faydalı dərman maddələrinin hazırlanmasında bu elmin tibb sahəsindəki əhəmiyyəti vurğulanıb və  bu məlumatla əlaqəli olaraq “Kəsilmiş əlin sağaldılması” təcrübəsi nümayiş olunub. Dəmir (3) xloridin ammonium-rodanidlə qarşılıqlı təsirindən şəffaf məhlulun qana çevrilməsi təcrübəsi izah olunub və tarixi hadisələrlə əlaqələndirilib.

Açıq dərsdə nəzəri biliklərlə yanaşı, şagirdlərə praktiki vərdişlər də aşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, nümunəvi açıq dərsdə rayonun ümumtəhsil məktəblərindən IV qrup üzrə IX sinif şagirdləri və IX siniflərdə kimya fənnini tədris edən müəllimlər də iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg