Şahbuz Rayon Polis Şöbəsinin,Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz Rayon Sələsüz kənd tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında məktəbdənkənar tərbiyə müəssisələrinə, kitabxanalara, müxtəlif idman növlərinə cəlb olunmalarıdır. Şahbuz Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsi üzrə inspektoru polis kapitanı Mirnəsir Seyidov, Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən uzaqlaşdırılması, erkən nikah hallarına yol verilməməsi, onların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunması ilə bağlı ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu kimi hallarla qarşılaşmamaq üçün ailədə valideynlər, məktəbdə isə müəllimlər, psixoloqlar şagirdləri daim nəzarətdə saxlamalı, onlarla tez-tez maarifləndirici söhbətlər aparmalıdırla.