Naxçıvan Şəhər təhsil şöbəsi və Heydər Əliyev adına Uşaq Gənclər yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında ingilis dilindən bilik yarışı keçirilmişdir. Bildiyiniz kimi ümumtəhsil məktəblərində I sinifdən başlayaraq ingilis dili tədris olunur. Daha çox dil bilmək insanın dünya görüşünün formalaşmasına müsbət təsir edir. Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dil kimi çıxış edir. İstər elmi biliklərin öyrənilməsində, istər diplomatik münasibətlərin, istər geniş əlaqələrin qurulmasında, istərsədə xarici ölkələrə səfərlərdə ingilis dili əvəzedilməz funksiya ifadə edir.
Bilik yarışının keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dilinə olan marağını artırmaq və daha da mükəmməl səviyyədə öyrənilməsinə stimul verməkdir. Yarış 4 tur və final mərhələsindən ibarətdir.
Qalib gələn 5 komanda arasında final turu 11 mart 2020-ci il tarixdə keçiriləcək. Qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılacaq.