Naxçıvan Muxtar Respublikasında yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan profilaktiki işlərə dair tədbirlər planının icrasını təmin etmək məqsədilə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Yetkinlik dövrünün çətinlikləri” mövzusunda tədbir keçirilib.
Tədbrdə Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin əməkdaşları və məktəbin VI-VIII sinif şagirdləri iştirak edib.
Bildirilmişdir ki, yetkinlik yaşına çatamyanların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda tərbiyə edilməsi, oxunması zəruri olan kitabların mütaliəsi muxtar respublikasının bütün ümümtəhsil məktəblərində daim diqqət mərkəzində saxlanılır. Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif idman, bilik yarışları, viktorinalar təşkil edilir. Məktəbdənkənar təlim vətərbiyə müəssisələrində yeni yaradılmış dərnəklərə şagirdlər üzv olur, bu da şagirdlərin vaxtlarının səmərəli təşkil edilməsində müstəsna rola mallikdir.
Tədbirin sonunda şagirdləri maraqlandıran sualar cavablandırılmışdır.