• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün171
mod_vvisit_counterDünən3719
mod_vvisit_counterBu həftə9652
mod_vvisit_counterBu ay40319
mod_vvisit_counterÜmumi2981130

Tarix: 23 Yan., 2025

Təhsil işçiləri icbari tibbi sığorta ilə bağlı marifləndirilib

Təhsil işçilərinin icbari tibbi sığorta ilə bağlı marifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov  açmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2020-ci il yanvarın 1-dən etibarən muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə verilən bu qərarlar muxtar respublika əhalisinin sağlamlığına yüksək səviyyədə göstərilən qayğının bariz nümunəsidir.

İnkişaflı gələcəyə gedən yol sağlam gəncliyə verilən keyfiyyətli təhsildən keçir. Əgər təhsilanlara, yəni gələcəyimiz olan şagirdlərə onların yetişib inkişaf etməsində nə qədər tam yüksək səviyyədə təhsil almaları üçün şərait yaradılsa, onlar da bizə sağlam düşüncədə formalaşan və inkişaf edən gələcək bəxş edəcəklər.

Bu gün göstərilən dövlət qayğısı nəticəsində muxtar respublika kompleks inkişaf edir. Hər il geniş quruculuq işləri aparılır, müasir təhsil müəssisələri tikilərək yüksək səviyyəli maddi texniki baza və infrastrukturla təmin edilərək istifadəyə verilir. Belə dinamik inkişaf etmiş təhsil sahəsində əldə olunan nailiyyətlər muxtar respublika rəhbərliyinin təhsilə göstərdiyi xüsusi diqqəti və qayğısı nəticəsində əldə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” məktəblilərin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Bütün təhsil müəssisələrində məktəblilər həkimlər tərəfindən dispanserizasiya olunub. Bu işlər hər il təhsil müəssisələrində aparılır.

Təhsil naziri bildirmişdir ki, tətbiq olunan icbari tibbi sığorta həm təhsil iştirakçıları, həm də əhali tərəfindən məmnunluqla qarşılanır.  Əhalinin sağlamlığının qorunmasının və sosial müdafiəsinin gücləndirilməsinin bir forması olan icbari tibbi sığortanın tətbiqi dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

Rəhman Məmmədov muxtar respublika əhalisinin, o cümlədən təhsilalan və təhsilverənlərin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir. .

Daha sonra, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə gələcəyə və strateji hədəflərə istiqamətlənmiş səhiyyə sistemində infrastrukturun yenilənməsi, texnoloji innovasiyaların tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi və ixtisaslaşmış tibbi kadr hazırlığı məqsədi ilə sistemli tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılması nəticəsində tibb müəssisələrində qurulmuş ən müasir tibbi cihaz və avadanlıqların köməkliyi ilə beynəlxalq standartlar səviyyəsində mürəkkəb tibbi müdaxilələrin, insan orqanizminin müxtəlif üzv və sistemlərinin hərtərəfli müayinə və müalicəsinin həyata keçirilməsinə şərait yaradılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respubikada yerləşən tibb müəssisələri avropadakı tibb müəssisələridən daha müasir infrastruktura və maddi-texniki bazaya malik olmuşdur.

Əməkdaşların maarifləndirilməsində məqsəd icbari tibbi sığortanın tətbiqi, icbari tibbi sığortada tibbi xidmətin təşkili, icbari tibbi sığortanın xidmətlər zərfi, sığortaolunanların tibb müəssisəsində hərəkəti, müştərək maliyyələşmə məbləği, 1 aprel 2020-ci il tarixindən toplanmağa başlayacaq sığorta haqları barəsində ətraflı  məlumatlandırmaqdır.

Sonra agentliyin ümumi işlər üzrə  baş məsləhətçisi Çilənay Qurbanlının  “İcbari tibbi sığorta nədir? İcbari tibbi sığortadan istifadə qaydaları. Müştərək maliyyələşmə məbləği” mövzusunda etdiyi çıxışı dinlənilib. Həmin mövzu ilə bağlı slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg