• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün127
mod_vvisit_counterDünən3719
mod_vvisit_counterBu həftə9608
mod_vvisit_counterBu ay40275
mod_vvisit_counterÜmumi2981086

Tarix: 23 Yan., 2025

Hünər, qəhrəmanlıq, cəsarət nümunəsi: Azərbaycan qadını

Günay Həsənbəyli ilə həmsöhbət olduğumuzda Bakı Dövlət Universitetini bitirdikdən sonra əmək yarmarkasında vakant yer kimi ilk sırada Sədərək Rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbiniseçərək fəaliyyətinə İnformatika müəllimi kimi başladığını bildirdi:

– Peşəmi də, şagirdlərimi də sevirəm. Dövlətin diqqət və qayğısısayəsində məktəbimiz müasir tələblərə cavab verən binada yerləşir. Təhsil ocağı şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən digər məktəblərdən heç də fərqlənmir.

Günay deyir ki, arzum budur, uzun illər burada çalışam. Nə zamansa başqa məktəbdə fəaliyyət göstərməli olsam, qürurla deyəcəyəm ki, mən təmas xəttinə ən yaxın məsafədə yerləşən Sədərək kənd bir nömrəli tam orta məktəbdə işləmişəm!

Məktəbin pəncərələrindən düşmən postlarını aydın şəkildə müşahidə etmək mümkündür. “Belə bir yerdə dərs demək sizdə hansı təəssüratları yaradır?” – sualıma gənc müəllim belə cavab verir:

– Doğrudur, cəbhə bölgəsində yaşayıb işləyirik, ancaq torpaqlarımızın etibarlı müdafiə olunmasına əminik. Yaradılan şərait bütün şagirdləri dərsə, təhsilə həvəsləndirir. Bu, çox sevindirici haldır. Heç bir qorxu hissi keçirməməyimizin səbəbi isə ordumuza güvənimizdir. Şəhər mərkəzində necə rahat idimsə, burada da eləyəm. Çünki düşmən təxribat törətmək istəyəndə əsgərlərimiz onların cavablarını layiqincə verirlər.

İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib kənd məktəblərində işləsinlər, – deyən müsahibim onu da bildirdi ki, ucqar kənddə işləmək bir qədər çətin olsa da, daha maraqlıdır. Əsas odur ki, işimizi sevək, şərəfli müəllimlik peşəsini layiqincə davam etdirək.                                                              Onu da bildirim ki, Günay müəllim çox gözəl portretlər də çəkir. O gördüyü gözəllikləri kətan üzərinə köçürür. Muxtar respublikada ilk dəfə keçirilən Yaradıcı gənclər festivalında da iştirak edib. Sədərək rayonunda fərdi sərgisi təşkil olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg