• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün185
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə2740
mod_vvisit_counterBu ay47894
mod_vvisit_counterÜmumi2932033

Tarix: 25 Dek., 2024

Sosial qayğıya ehtiyacı olan 559 uşağa məktəbli forması və dərs ləvazimatları verilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, muxtar respublikamızda bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə  yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır.
Təhsil naziri qeyd edib ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif Dövlət proqramlarının qəbul edilməsi bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verir. 2016-2020-ci illəri əhatə edən müvafiq proqramın icrası başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi görülən işlərin davamlı xarakter almasına səbəb olub.
Vurğulanıb ki, uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur. Öz bilik və bacarıqları ilə fərqlənən şagirdlərin adları gənc istedadların  “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.
Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikada dövlətimiz tərəfindən  digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Belə ki, sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının  Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Yeni tədris ilindən fəaliyyətə başlayacaq mərkəz sağlamlıq imkanları məhdud uşaqların  təhsil imkanlarını artıracaq.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb,  əmək terapiyası, audio və elektron kitabxana xidmətləri də yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Həmçinin Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara  cəlbi diqqətdə saxlanılır, keçirilən inşa, şer, dram və digər müsabiqələrdə onların da iştirakı  təmin olunur.
Təhsil naziri uşaqları Bilik Günü münasibəti ilə təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki,_ muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün sərbəst və maneəsiz inkişaf mühiti yaradılmış, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və keyfiyyəti artırılmışdır. Bu məqsədlə, son illərdə müasir standartlara cavab verən təhsil və reabilitasiya müəssisələri tikilərək uşaqların istifadəsinə verilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bu sahədə görülən işlərdə səmərəlilik artırılmış, davamlılıq təmin olunmuşdur. Proqramın icrası çərçivəsində, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, o cümlədən inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir çox işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir.
Diqqətə çatdırılıb ki, son illər muxtar respublikada, inkluziv təhsillə yanaşı, distant dərslərin tədrisinə də diqqət artırılmış, bu sahədə yeniliklərin tətbiqinə xüsusi önəm verilmişdir. Ötən tədris ilində, 15 nəfər hərəkət qabiliyyəti məhdud uşaqla distant dərslər keçirilmiş, onlar dərs ləvazimatları, məktəbli geyimi və digər zəruri texniki avadanlıqlarla təmin edilmişdir.
Nicat Babayev qeyd edib ki, görülən bu işlərlə yanaşı, sosial qayğıya ehtiyacı olan uşaqların zəruri tədris vəsaitləri, məktəbli geyimləri ilə təmin oluması da artıq muxtar respublikada ənənə halını almışdır. Keçirilən bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqların gələcək inkişafına və cəmiyyət üçün yararlı və savadlı kadrlar kimi formalaşmasına öz töhfəsini verəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək­­­ yeni tədris ilinin başlanması münasibəti ilə tədbirdə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib. Bildirib ki, Naxçıvan muxtar respublikasında dövlət uşaq  siyasəti  uğurla  həyata  keçirilir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları  da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların  hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirlməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
Valideynlər adından çıxış edən Nahidə Əliyeva muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, bu qayğıdan səmərəli şəkildə yararlanacaqlarını, ölkəmizin gələcəyi olan uşaqlarımızı dövlətimizə layiq vətənpərvər və savadlı vətəndaş kimi yetişdirəcəklərinə səylə çalışacaqlarını bildirmişdir.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 61, sağlamlıq imkanları məhdud 293, aztəminatlı ailələrin övladlarından isə 205 olmaqla, ümumilikdə 559 məktəbli təhsil sovqatı ilə sevindiriliblər.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün aidiyyatı təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da anoloji tədbirlər keçirilmiş, sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilib.

Bu tədbirlərin davamı olaraq 12 sentyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   15 sentyabr- Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg