Tədrisin dayanması şagirdlərin təhsil almasına, eləcə də onların bir sıra müsabiqələrə, aksiyalara və sosial çağırışlara qoşulmasına maneə olmamışdır. Təhsil Nazirliyi tərəfindən öz istedadları ilə fərqlənən şagirdlərlə bir sıra işlər aparılmış, şagirdlərə öz istedadlarını nümayiş etdirmə imkanı yaradılmışdır. Şagirdlərin evdə qaldıqları müddət ərzində onların asudə vaxtlarını səmərəli keçirmək və bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri aşkar etmək üçün müxtəlif müsabiqələr təşkil olunmuşdur.