Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Müəllimlərə dəstək təlimi”nin növbəti iştirakçıları Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri olub. Təlimdə 50-ə yaxın müəllimin iştirakı təmin olunub. Qeyd edək ki, ️təlim çərçivəsində Təhsil Şöbələri üzrə qabaqcıl müəllimlər müəyyənləşdirilib və həmin müəllimlər qrafik əsasında ayda 2 dəfə yerlərdə digər ixtisaslı müəllimlərlə görüşlər keçirir, özlərinin seçdiyi sinif və mövzu üzrə nümunəvi dərs tədris edirlər. Təlimin təşkilində məqsəd muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan və pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu, qabaqcıl müəllimlər tərəfindən digər müəllimlərin karyerada yüksəliş imkanlarını təmin etmək, təhsilverənlərin peşəkar inkişafı üçün bələdçi rolunda dəstək göstərməkdir.
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 15 fevral 2025-ci il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək. Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq. Qeyd edək ki, təşkil olunacaq növbəti monitorinq 2024-2025-ci tədris ilində keçiriləcək üçüncü buraxılış qiymətləndirmə monitorinqidir. Monitorinqdə şagirdlərimizə uğurlar arzulayırıq!
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2024- cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib. Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədər həyata keçiriləcək tədbirlər, təhsil sahəsində 2024-cü ildə görülmüş işlər, uğurlu nəticələr və qarşıda duran məsələlər bağlı məlumat verib.
Ardını oxu... Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçirilib. Test imtahanında 3-20 dekabr 2024-cü il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizəddən 77-si iştirak edib. Müsabiqədə hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub, sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Ardını oxu... |
|