Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 6 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə açıq dərs keçirilmişdir.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla Talıbova “Xalqımızın qədim ənənəsi-Xalçaçılıq” mövzusunda keçdiyi açıq dərsdə bildirmişdir ki, dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.