08.06.2018- ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində 2018- ci ilin buraxılış qruplarının məzun tədbiri keçirildı. Tədbiri başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Məmməd Qəribov çıxış edərək Naxçıvan Dövlət Texniki Kollecinin bu günə qədərki fəaliyyətindən, təhsil sistemindən danışdı. Məmməd Qəribov məzunları təbrik etdi, onlara tələbəlik illərindən sonrakı həyatlarında uğurlar arzuladı. Daha sonra isə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecə göstərilən diqqət və qayğıdan danışdı.Asəf Ruşanovqeyd etdi ki, 2018- ci ildə kollecdən 5 (Yol hərəkətinin təşkili, Mühasibat uçotu, Baytarlıq, Bank işi, Nəqliyyat daşımalarının təşkili (dəmiryol üzrə)) ixtisas üzrə 113 nəfər məzun olur.Sonda isə kollecin direktoru Asəf Ruşanov məzun olan tələbələri təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı. Çıxışlardan sonra tədbir iştirakçıları məzunların hazırladıqları səhnəcilklərə, musiqi nömrələrinə və rəqslərə tamaşa etdilər.
İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Məzun” günüdür. Kollecimizin ən çılğın, ən qayğısız vaxtları tələbələlik illərində olur. Hər dəfə tələbələlikdən söz düşəndə, kolleci görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.