Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilən Televiziya və Radio Verilişləri Redaksiyasının təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirəcək, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəkdir.