Qədim tarixə malik Naxçıvan diyarı həm yerüstü, həm də yeraltı abidələrlə zəngindir. Onların milli dəyərlərimiz kimi qorunmasının vacibliyini qeyd edən ümummilli liderimiz Heydər Əliyev bu zənginliyi lakonik şəkildə belə qiymətləndirmişdir: “NaxçıvanAzərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Rus bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 15 aprel 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Azərbaycan bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 15 aprel 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.
Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.