Dünyada yayılmış pandemiya ilə əlaqədar olaraq Azərbaycanda, o cümlədən muxtar respublikada bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Muxtar respublika ərazisində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Muxtar respublika təhsil müəssisələrində müvəqqəti olaraq tədris dayandırılıb. Yaranmış mövcud vəziyyətlə bağlı dərslərin ləngiməməsi və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.
Rus bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 17 aprel 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.