Qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsi məqsədilə muxtar respublikada keçirilən “Muzey günləri” çərçivəsində Təhsil Nazirliyinin kollektivi sentyabrın 19-da Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeydə qorunub saxlanan milli dəyərlərimizə aid eksponatlarla tanış olan Nazirliyin əməkdaşlarına muzey haqqında ətraflı məlumat verilərək bildirilib ki, hazırda muzeyin fondunda 236 eksponat vardır.