Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri və Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında əyləncəli idman oyunları üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Oyunları keçirməkdə məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, onlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.