Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.