Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bildirir ki, Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), 2020-ci il iyul ayınadək ödənişsiz edib.