Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar onlayn tədbir keçirilib.
Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodikabinə müdiri Bulud Bağırlı diqqətə çatdırıb ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.
Qeyri-Azərbaycan bölməsinin IX və XI sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahanı 2019-cu il modelinə uyğun verəcəklər.
Bildiyimiz kimi, bütün dünyada “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
Rus bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 28 may 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.