Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun əhatə etdiyi ümumtəhsil məktəblərinin IX sinif şagirdlərilə buraxılış imtahanlarının nəticələri onlayn şəkildə müzakirə edilib. Müzakirədə Rayhon Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək bildirib ki, yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq.
Babək rayon ümumtəhsil məktəblərinin direktorları və hərbi rəhbərləri ilə vətənpərvərlik mövzusunda onlayn müzakirə keçirilib. Müzakirədə “Şagirdlərə vətənpərvərlik hissinin aşılanması” mövzusunda söhbət aparılıb.
Rus bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 27 may 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Azərbaycan bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 27 may 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunmuşdur.