Sədərək Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlərin ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, evdə olduqları müddətdə müxtəlif fəaliyyətlərlə motivasiya etmək, müxtəlif formalarda əl işlərindən ibarət rəsmlər hazırlamaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi və “Evdə qal, yaradıcılıqdan qalma!” təşəbbüsü ilə onlayn rəsm müsabiqəsi keçirilib.
Ordubad Rayon Vənənd kənd tam orta məktəbinin psixoloqu Məmmədova Mətanət məktəbin şagirdlərinə “Ünsiyyət bacarıqlarının inkişafı və ünsiyyət problemlərinin həlli yolları” mövzusunda onlayn dərs keçmişdir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Sabirə Məmmədova və Abdulla Əliyevin 21 səhifəlik "Bizim diyarın möcüzəvi mineral suları" layihəsi Moskvada keçirilən “Bizim yaşadığımız dünya: məktəblilərin təlim-tədris və tədqiqat qrup layihələrinin II Açıq Beynəlxalq müsabiqəsi”nə göndərilib və münsiflər heyəti tərəfindən yoxlamadan keçərək müsabiqənin saytına yerləşdirilib.
Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Onun layhə rəhbəri AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əmkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.
Naxçıvan Müəllimlər İnstitutunda 2020/2021-ci tədris ili üçün tələbə qəbulu planı yerləri artırılaraq bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində 50-ə çatdırılıb.