Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri tərəfindən dərnək üzvləri arasında “Vətənim Azərbaycan” adlı onlayn bilik yarışması keçirildi.
Bildiyimiz kimi Azərbaycanda, o cümlədən muxtar respublikada yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəblərdə təhsil müvəqqəti dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında məktəblərdə tədris onlayn şəkildə davam etdirilir.
Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi keçirilib.
Pandemiya ərəfəsində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların onlayn müzakirəsi Ordubad rayon ümumtəhsil məktəblərində də diqqətdə saxlanılıb. Bu gün mütaliə vərdişlərinin aşılanmasına və şagirdlərin evdə keçirdikləri vaxtın səmərəli istifadəsinə şərait yaradılması məqsədilə Ordubad rayon Yuxarı Əylis 