08 may 2020-ci il tarixdə Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şeir müsabiqəsi keçirildi. Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuşdu. Şeir müsabiqəsində 15 məktəbin şagirdləri iştirak etmişdir. Müsabiqənin yekun nəticəsinə görə Şahbuz şəhər 1 №-li tam orta məktəbin VI sinif şagirdi Qalayeva Gülay I yerə, Kükü kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Kərimli Gülay II yerə, Aşağı Qışlaq kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Bayramlı Ramilə isə III yerə layiq görülmüşdür. Qaliblər Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.
Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn qaydada ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” adlı inşa yazı müsabiqəsi keçirilib.
Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaranmış mövcud vəziyyətə görə bütün dərslər onlayn qaydada tədris olunur. 08 may 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn şeir müsabiqəsi keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-da beynəlxalq “Təhsil” kuboku uğrunda şahmat üzrə onlayn turnir start götürür.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.