Bu gün Naxçıvan Muxtar Republikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Univeristetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya laboratoriyasında muxtar respublika ümumtəhsil məktəblərinin kimya müəllimləri və kimya ixtisası üzrə təhsil alan tələbələr üçün laborator təlim keçirilib.
Pandemiya dövründə Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə mərkəzin dərnək üzvləri arasında müvafiq proqramlar vasitəsi ilə mütəmadi olaraq usdad dərslər, müsabiqələr keçirilir.
Bu gün Şahbuz Rayon Təhsil Şöbəsi və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumitəhsil məktəblərinin VI sinif şagirdləri arasında onlayn bilik yarışı keçirildi. Yarışda Şahbuz Rayon Təhsil Şöbəsinin əhatə etdiyi 10 məktəbin şagirdləri iştirak etdi. Şagirdlərə “Azərbaycan dili”, “Ədəbiyyat”, “Tarix”, “Coğrafiya” və “Biologiya” fənlərinin hər birinə aid 5 olmaqla, ümumilikdə 25 sual təqdim edilib.
Mart ayından koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından Culfa Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin sinif rəhbərləri fənn müəllimləri ilə birgə gündəlik dərs cədvəlinə uyğun proqram materiallarını şagirdlərə ev şəraitində onlayn qaydada çatdırırlar.
Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəal iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.