Kross qaçışı üzrə Ordubad rayon açıq turniri keçirilib

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla ümumilikdə 50 idmançı qələbə uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış əlamətdar günün idmançılar arasında qeyd edilməsi, atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyən edilərək yığma komandaya cəlbi məqsədilə keçirilib.

Ardını oxu...

IX-XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müzakirə edilmişdir

Culfa Rayon Təhsil Şöbəsində məktəb direktorlarının iştirakı ilə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və ali məktəblərə hazırlığın vəziyyəti müzakirə edilmişdir.

Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev dövlətimizin təhsilə göstərdiyi qayğıdan  və şagirdlərin yüksək təhsil alması üçün yaradılmış şəraitdən danışmışdır. Bildirmişdir ki, yaradılmış şəraitin nəticəsi olaraq şagirdlərimizin təhsil səviyyəsi yüksəlmiş və ali məktəblərə qəbulun sayı ilbəil artmışdır.

Ardını oxu...

Dram dərnəyində qısa müddətdə 3 tamaşa səhnələşdirilib

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaqların, gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaqla yanaşı, inkişaf etdirmək üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Mərkəzin əməkdaşları ümumtəhsil müəssisələrində olur, uşaqlar üçün dərnəkləri bilavasitə özündə əks etdirən tanıtım videoları nümayiş etdirir və onlarla söhbətlər aparırlar. Bununla yanaşı, sosial şəbəkədə mərkəzin “yaradıcılıq.merkezi” “Instagram” səhifəsi də fəaliyyət göstərir ki, bu da uşaqların mərkəz haqqında geniş məlumat toplamalarına imkan yaradır.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləyib.

Ardını oxu...

Liseyə qəbulun nəticəsi elan olundu

Naxçıvan Qızlar  Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb.
İyunun 19-da Naxçıvan Qızlar  Liseyinə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili, riyaziyyat, və ingilis dili fənləri üzrə ümumilikdə 70 sual təqdim edilmişdir.
Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin instaqram səhifəsindən və liseydən öyrənmək mümkündür.

İyunun 19-da Naxçıvan Qızlar Liseyinə keçirilən imtahanın NƏTİCƏLƏRİ

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg