Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Ardını oxu...

İyulun 6-dan start verilmiş 4 günlük STEAM “Yay məktəbi” davam edir

STEAM təhsili üzrə şagirdlərdə zəruri bilik və bacarıqların möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə Ağbulaq istirahət mərkəzində  keçirilən “Yay məktəbi” şagirdlərin dünyagörüşünün və intellektual səviyyələrinin düzgün istiqamətləndirilməsi,  biliyinin zənginləşdirilməsi ilə yanaşı, onların şəxsiyyət kimi formalaşması, fiziki, psixoloji, idraki və sosial inkişafı, potensial imkanlarının üzə çıxarılması, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşması  və asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından da əhəmiyyətlidir.

Ardını oxu...

STEAM “Yay məktəbi”nə start verildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020/2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci iltarixli Sərəncamı bu sahədə görülən işləri sürətləndirmişdir. Bu işlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub.

Ardını oxu...

26 nəfər respublika fənn olimpiadasının qalibi olub

Muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırmış, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırmışdır.

Ardını oxu...

Şərur rayon ümumtəhsil məktəblərinin Atletika klubları arasında rayon birinciliyi keçirilmişdir

2 iyul 2021 - ci il tarixdə Şərur rayon Təhsil şöbəsi, Şərur rayon Gənclər və İdman idarəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlan və qız atletlər arasında atletika üzrə Şərur rayon birinciliyi keçirilmişdir. Yarışda 10 məktəbdən 20 şagird iştirak etmişdir. Yarışın proqranına yadro və nizə atma daxil edilmişdir. Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, atletika idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idmançıların yarış bacarıqlarının yüksəldilməsindən və şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarət olmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg