• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün274
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5629
mod_vvisit_counterBu ay27035
mod_vvisit_counterÜmumi2967846

Tarix: 16 Yan., 2025

Nizami sənətinin ölməzliyi...

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq “Nizami Gəncəvi ili” çərçivəsində Xok kənd tam orta məktəbində  “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib.

Müzakirənin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə mədəniyyətinin formalaşdırılması və bu sahədə fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsidir.

Ardını oxu...

Bəhruz Kəngərli muzeyində növbəti interaktiv dərs keçirilmişdir

Yanvarın 22-də Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında interaktiv dərs keçirilib.

İnteraktiv dərsi muzeyin bələdçisi Rəna Əliyeva aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.

Ardını oxu...

47 gənc müəllim ümumtəhsil məktəblərində işlə təmin olundu

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 dekabr 2020-ci il - 11 yanvar 2021-ci il tarixlərdə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.

Tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi təhsil də dövlət qayğısı ilə əhatə olunmuş, təhsil müəssisələrinin maddi-tədris bazası müasirləşdirilmişdir. Bununla yanaşı, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülmüş, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşları 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ardını oxu...

Şagirdlərlə profilaktik söhbətlər davam edir

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 və 13 nömrəli tam orta məktəblərin IX və XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis kapitanı Türkan Məmmədovanın “Yetkinlik yaşına çatan şagirdlərin sağlam həyat tərzi, tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və sosial şəbəkələrdən düzgün istifadə”, 1 nömrəli polis bölməsinin polis baş leytenant Toğrul Kərimlinin isə "Yetkinlik yaşına çatanlar və gənclər arasında cinayətkarlığın və hüquq pozuntularının profilaktikası mövzusunda təbliğat işinin aparılması, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması" sahəsində söhbətləri dinlənilmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg