Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şəhər və Rayon Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə “Yay məktəbi” adı altında onlayn və açıq havada məşğələlərin keçirilməsinə start verilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində Coğrafiya diyarşünaslıq dərnəyi üzrə “Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayları”, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Yüngül atletika dərnəyi üzrə “Kross qaçışı”, Şahmat Mərkəzində “Oyunların təhlili”, Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Bədii qiraətdərnəyi üzrə “Səməd Vurğunun Azərbaycan şeirinin ifadəli oxusu”,