Məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına muxtar respublikada yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası yaradılmışdır.