Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olub. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb.