Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib. Yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.
Yarışda chess.com internet portalında qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib. Yarışlar 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.