Dünyada yayılmış pandemiya ilə əlaqədar ölkəmizdə, o cümlədən muxtar respublikada ümumtəhsil məktəblərində müvəqqəti olaraq tədris dayandırılıb. Bununla bağlı verilmiş tapşırığa əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində dərs cədvəlinə uyğun olaraq fənlər üzrə mövzular sinif rəhbərləri tərəfindən şagirdlərə gündəlik olaraq bildirilir. Həmçinin şagirdlərin mövzuları daha da yaxşı qavramaları üçün Təhsil Nazirliyinin portalında video dərslər bölməsi yaradılıb.