Şərur şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdlərinin iştirakı ilə Azərbaycan tarixi fənnindən Xocalı soyqırımı ilə əlaqədar “Xocalı qanayan yaramız, ağlayan gözümüzdür” mövzusunda açıq dərs keçirilmişdir. Keçirilən dərsə Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşları və Şərur Rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov iştirak etmişdir.
Açıq dərs Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.