• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1700
mod_vvisit_counterDünən629
mod_vvisit_counterBu həftə1700
mod_vvisit_counterBu ay55390
mod_vvisit_counterÜmumi2939529

Tarix: 30 Dek., 2024

“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.

Ardını oxu...

Ümumtəhsil müəssisələrinin informasiya sistemi üzrə seminar keçirilmişdir

18 oktyabr 2019-cu il tarixdə Şəhər və Rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə seminar keçirmişdir.

Seminarda Nazirliyin sektor müdiri Məmməd Bayramov çıxış edərək Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verərək vurğulamışdır ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramı tətbiq olunur.

Ardını oxu...

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər 7 №-li  tam orta məktəbdə təlim keçirilib.

“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində baş tutan təlimdə 70 qədər məktəbli iştirak edib. Şagirdlərə slaydlar vasitəsi ilə “Büdcə anlayışı”, “Ailə büdcəsi”, “Məktəbli büdcəsi” modullar haqqında geniş məlumat verilib.

Təlimin interaktiv hissəsində interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.

Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.

Maarifləndirici tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan  uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən  təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb. Dövlət Proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 10-da Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən maarifləndirici görüş keçirilib.  Tədbirdə Şərur rayonunda yerləşən ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak edib. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların tədrisdə iştirakının vəziyyəti, onların təhsili ilə bağlı psixoloqlar tərəfindən müşahidələr əsasında hazırlanan fərdi pro­qramlarla bağlı söhbətlər aparılıb. Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg