• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün722
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7694
mod_vvisit_counterBu ay44138
mod_vvisit_counterÜmumi2928277

Tarix: 21 Dek., 2024

İntellektual oyun keçirilmişdir

23 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar oxunması zəruri olan kitablarla bağlı məktəblilər arasında “Nə”, “Harada”, “Nə zaman?” İntellektual oyunu keçirilmişdir. Şahbuz Rayon Gənclər Mərkəzində təşkil edilmiş intellektual oyunda rayonun ümumtəhsil məktəblərinin 6 komandası iştirak etmişdir. Şahbuz şəhər 1 və 2 nömrəli, Şahbuzkənd, Sələsüz, Külüs və Yuxarı Qışlaq kənd tam orta məktəblərinin komandaları arasında keçirilən yarışda Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin komandası I, Şahbuzkənd kənd tam orta məktəbinin komandası II, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin komandası isə III yerə layiq görülmüşdür.

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin komandası növbəti turda Şahbuz rayonunu təmsil edəcəkdir.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.

Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla ümumilikdə 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sistemi ilə işləmişdirsə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 95 faiz təşkil edir.


Ardını oxu...

Əzm, çox çalışmaq və yüksək hədəf

Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının bəhrəsidir. Böyük-kiçikliyinə, yaxın-uzaqlığına fərq qoyulmadan bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında rayon və kəndlərdən olan abituriyentlərin də sayını artırıb.

2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlili də bunu təsdiq edir. Bu, Ordubad rayon ümumtəhsil məktəblərinin simasında da özünü büruzə verir. Müasir texnologiyalar əsasında qurulan mütərəqqi təhsil şəraiti rayonun təhsil uğurlarını artırır. Sözügedən elmi-statistik təhlildə o da bildirilir ki, son 6 ildə Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub.

Ardını oxu...

Hərbi rəhbərlərlə növbəti təlim toplantısı keçirilmişdir

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə keçirilən 3 günlük təlim toplantısına  ordunun Təlim-Tədris Mərkəzində yekun vurulub. Bununla əlaqədar keçirilən tədbirdə toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg