Naxçıvan Şəhər Peşə Liseyində "Qazanxana maşinisti" kurslarını bitirmiş müdavimlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin baş məsləhətçisi Elnur Qasımov açıb. Bildirib ki, muxtar respublikada texniki peşə təhsili sistemində şəbəkənin optimallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu müəssisələrin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, təhsilin məzmunu və təlim-tədris prosesləri müasir tələblər baxımından yenidən qurulub, peşə təhsili müəssisələrində 1, 2 və 3 aylıq kursların təşkilinə başlanılıb.
Vurğulanıb ki, payız-qış mövsümündə fasiləsiz fəaliyyətin təmin olunması üçün avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.