Muxtar respublikada STEAM təlim metodunun tətbiqinə ilk dəfə Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində başlanılmışdır. Yaradılan STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, micro:bit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur.
Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu dünyada, eləcə də Azərbaycan təhsil sistemində mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilindən başlayaraq pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM təlim metodunun tətbiqi ilə bağlı kabinələrin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması işinə başlanılıb.