• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün503
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə5858
mod_vvisit_counterBu ay27264
mod_vvisit_counterÜmumi2968075

Tarix: 16 Yan., 2025

Məktəbdaxili dram müsaqbiqəsi keçirilmişdir

11-15 yanvar 2021-ci il tarixlərdə Şahbuz rayon ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında məktəbdaxili dram müsaqbiqəsi keçirilmişdir. Müsabiqədə 16 məktəbin şagirdi iştirak etmişlər. Müsabiqənin keçirilməsində məqsəd oxunması zəruri olan kitabların siyahısında olan əsərlərin şagirdlər arasında təbliği və məktəblilərin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsindən ibarətdir. Müsabiqədə “Oxunması zəruri olan kitabların siyahısı"na daxil olan əsərlərdən, Azərbaycan və dünya xalqlarının nağıllarından və seçilmiş nümunələrindən hazırlanmış parçalar göstərilmişdir.

“Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda açıq dərs keçirilib

14 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığında ümumbəşəri problemlər” mövzusunda açıq dərsdə iştirak etmişlər.

Muzeyin bələdçisi Fəridə Əliyeva şagirdlərə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək, ədəbiyyat və mədəniyyət tariximizin fəxri, iftixarı, böyük ideyalar şairi, fəlsəfi fikir əfəndisi Cavidin Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkar olduğunu söyləmişdir. Hüseyn Cavidin əsərlərinin əsas ideyası ümumbəşəri problemlərə köklənmişdir. O, əsərlərində hər zaman insanları yüksəkliyə, ucalığa, azadlığa çağırırdı. Bildirilmişdir ki, H.Cavid Azərbaycan ədəbiyyatına ilk mənzum faciəni gətirmiş dahi yazıçıdır.

Sonda şagirdlər muzeydəki eksponatlarla tanış olmuşlar.

Sədərək rayonunda məktəblilərin dram müsabiqəsinin məktəbdaxili mərhələsinə start verilib

Yanvarın 15-də  Sədərək  Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilərin dram müsabiqəsinin məktəbdaxili mərhələsinə start verilib.

Məktəblilərin dram müsabiqəsinin keçirilməsində əsas Azərbaycan və dünya xalqlarının, şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Ardını oxu...

Cəmşid Naxçıvanski Muzeyində açıq dərs keçirilmişdir

14 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski Muzeyində “Təki Vətən yaşasın-Milli Qəhrəmanlığa yüksələn yol” mövzusunda keçirilən açıq dərsdə iştirak etmişlər.

Muzeyin bələdçisi Gülnaz Hüseynova 44 günlük müharibədə qazandığımız böyük qələbə münasibətilə şagirdləri təbrik edərək bildirmişdir ki, bu elə bir qələbədir ki, illər, əsrlər keçsə də hər zaman bizə böyük qürur, fəxarət hissi yaşadacaqdır. Zaman-zaman qəhrəman sərkərdələrimiz, xalqımızın cəsur igid oğulları bu sevinc, qürur hissini bizə yaşadıblar. Minilliklərdən üzübəri uğrunda canlarından, qanlarından keçən igidlərimizin, ərənlərin bizə qoyub getdiyi əmanətidir Vətənimiz. Koroğluların, Babəklərin, Cavanşirlərin, Qaçaq Nəbilərin yadigarıdır Vətənimiz. Bu qəhrəmanlar torpaqlarımız uğrunda canlarından qanlarından keçdilər. Bizdə bu ərmağanı göz bəbəyimiz kimi qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg