Avqustun 12-də Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman məktəbin birgə təşkilatçılığı ilə “12 avqust-Beynəlxalq Gənclər Günü” ilə əlaqədar gənclər arasında stolüstü tennis yarışı keçirilib. Yarışda Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimləri, şagirdləri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Maraqlı keçən oyunun yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi İnci Salahova, II yerə Sədərək Rayon Uşaq Gənclər İdman məktəbinin dərnək üzvü Lalə Adınayeva, III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fəxriyyə Salahova layiq görülüblər. Qaliblər sonda təşkilatçıların diplom və pul mükafatı ilə mükafatlandırılıblar.