Avqustun 11-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının onlayn müzakirəsi keçirilib. Müzakirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Naxçıvan şəhər 8 nömrəli və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavinləri və 40 şagird iştirak edib.