Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda oğlanlarla bərabər qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.