Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulub.