19 noyabr 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının muxtar respublika mərhələsi keçirilib. Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilib.
Qeyd edək ki, oktyabrın 23-də ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 534 şagirdin iştirakı ilə məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər (rayon) mərhələsi keçirilmişdir. Bu mərhələdə yüksək nəticə göstərən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən 34, Naxçıvan şəhərindən 38, Şərur rayonundan 16, Babək rayonundan 22, Ordubad rayonundan 19, Culfa rayonundan 24, Kəngərli rayonundan 8, Şahbuz rayonundan 11, Sədərək rayonundan isə 10 olmaqla, ümumilikdə 182 şagird muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.