• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1066
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13685
mod_vvisit_counterBu ay18689
mod_vvisit_counterÜmumi2959500

Tarix: 10 Yan., 2025

Yaradılan şərait şagirdlərin nailiyyət səviyyələrini artırmağa, əməkdaşlıq və rəqabət mühitinə geniş imkanlar açır

Təhsil millətin gələcəyidir

Muxtar respublikamızda təhsil sahəsində yeni layihələr hazırlanması və həyata keçirilməsi təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlər sırasındadır. Məhz belə layihələrdən biri də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənovanın rəhbərliyi ilə hazırlanan “Təhsil kouçu” xidməti layihəsidir. Bu layihə təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olub. Məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olmaq, eyni zamanda layihə ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat almaq üçün həmin məktəbə yollandıq. Məktəbin direktoru Esmira Həsənova ilə həmsöhbət olduq.

Müsahibim qeyd etdi ki, muxtar respublikamızda təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır, məktəblərimiz müasir standartlara cavab verəcək formada yenilənib istifadəyə verilir. 2019-cu ilin sentyabr ayında məktəbimizin müasir maddi-texniki baza ilə təmin olunmuş yeni binası istifadəyə verildi. 1148 şagird yerlik 4 mərtəbəli binada 3-ü elektron lövhəli olmaqla, 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə 1145 şagirdin təhsili ilə 86 müəllim məşğul olur.

Ardını oxu...

Fizika müəllimləri üçün laborator təlim keçirilib

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 18 noyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində fizika müəllimləri üçün laborator təlimin keçirilməsinə start verilib. Təlimin keçirilməsində əsas məqsəd fizika fənninin tədrisi zamanı ümumtəhsil məktəblərində laboratoriya kabinələrinin imkanlarından səmərəli istifadə etmək, qarşıya çıxan problemlər, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin fizika fənninə marağının artırılması, praktikyönümlü tapşırıqların tədbiqi haqqında müəllimlərə metodiki köməklik göstərməkdir.

Ardını oxu...

ELAN

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyənlər üçün sənəd qəbulu elan edir!

Eksternat qaydada attestat almaq istəyənlər üçün aşağıdakı sənədlər tələb olunur:


1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

2. Ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti

3. 3x4 santimetr ölçüdə 2 ədəd rəngli fotoşəkil

4. Təhsil müəssisəsindən hansı sinfi bitirdiyinə dair arayış;

5. Ərizə (müvafiq ərizə forması Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində doldurulur).

Sənədlər 22 noyabr  2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində qəbul ediləcəkdir.

Eksternat qaydada keçiriləcək aralıq imtahanı 15 yanvar 2022-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə saat 1000-da olacaqdır.

Eksternat qaydada attestat almaq istəyənlərin nəzərinə çatdırlır ki, aralıq imtahanlarında yalnız ümumi orta təhsil səviyyəsi üzrə 16, tam orta təhsil səviyyəsi üzrə  isə 18 yaşını tamam etmiş şəxslər iştirak edə bilər!

Ünvan: Naxçıvan şəhəri, Nizami 51

Əlaqə nömrəsi: (036) 545-02-06

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun növbəti müzakirəsi Kəngərli rayonunda keçirilmişdir

2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin növbəti müzakirəsi noyabrın 17-də Kəngərli rayonunda keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Kəngərli rayonunda 12 təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilərək istifadəyə verilib. Rayon ərazisində yerləşən ümumtəhsil məktəblərində şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan  kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg