Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikamızın orta ümumtəhsil məktəblərində Təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursuna start verilib. 18-26 oktyabr tarixlərini əhatə edəcək ixtisasartırma kursunun açılış tədbirində institutun İxtisasartırma və hazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək ixtisasartırma kurslarının əhəmiyyəti barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov çıxışında bildirib ki, dövlətimizin qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda kadrların ixtisas səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.