• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün165
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13896
mod_vvisit_counterBu ay18900
mod_vvisit_counterÜmumi2959711

Tarix: 11 Yan., 2025

“8 Noyabr - Zəfər Günü” ilə bağlı interaktiv dərs keçirilib

Noyabrın 5-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “Zəfər tarixi” dərsliyi əsasında interaktiv dərs keçirilib.

İnteraktiv dərsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyev aparıb. Emin Şıxəliyev qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.

Bildirildi ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər.

Ardını oxu...

İnnovativ dərnəklərə alınan avadanlıqların təqdimatı keçirilib

Noyabrın 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərə alınan avadanlıqların təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada uşaqların təhsili ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, onların hərtərəfli yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Təhsil Naziri qeyd etmişdir ki, innovativ dərnəklərin fəaliyyəti daim diqqətdə saxlanılır, innovativ dərnəklər üzrə müəllimlərə və hami ixtisaslarda təhsil alan tələbələrə kurslar, eyni zamanda açıq dərslər təşkil olunur, dərnək üzvləri arasında müxtəlif müsabiqələr və sərgilər təşkil olunur.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bədii dəri işləmə sənəti” dərnəyi yaradılıb

Noyabrın 2-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyinin təqdimatı olub.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrinin də fəaliyyəti üçün nümunəvi tədris şəraiti qurulur, müxtəlif innovativ dərnəklər yaradılır.

Təhsil naziri bildirmişdir ki, Ali Məclis Sədrinin tapşırığı əsasında 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində 60-dan çox innovativ dərnək yaradılmışdır. Nazir qeyd etmişdir ki, innovativ dərnəklər muxtar respublikanın şəhər və rayonlarında məktəbdənkənar təhsil müəssisələrini əhatə etmiş, fəaliyyəti gücləndirmişdir. Bütün bunlar isə şagirdlərin müasir texnologiyaların mənimsənilməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xalq yaradıcılıq sahələrinin və yeni sənət növlərinin öyrənilməsinə geniş imkanlar açmışdır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər, onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə  kömək edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2 noyabr-2 dekabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.                  
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg