22 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olan məktəbin direktoru Esmira Həsənovanın “Təhsil Kouçu"xidməti adlı layihənin açılış tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Həsənova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevə verdi. Şöbə müdiri dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O, bildirdi ki, 2020/2021-ci tədris ili Naxçıvan şəhər təhsili üçün uğurlu bir il olmuşdur. Həmin uğurların sırasında Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin və qrant müsabiqə qaliblərinin də payı vardır. Bu münasibətlə layihə qaliblərini təbrik edərək layihənin işinə uğurlar arzuladı.