• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün607
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14338
mod_vvisit_counterBu ay19342
mod_vvisit_counterÜmumi2960153

Tarix: 11 Yan., 2025

“12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında şahmat birinciliyi keçirilib

10 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində “12 avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında şahmat birinciliyi keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib. İştirak edən komandalar arasında hər komandada 6 oğlan olmaqla, ümumilikdə 102 şagird yarışda mübarizə aparıb.

“Olimpiya” sistemi üzrə aparılan yarışın yekun nəticəsinə əsasən “Zəfər” komandası I, “Qarabağ” komandası II, “Nuh Yurdu” komandası isə III yerə layiq görülüb.

Yarışın sonunda qalib olan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.

Gənc istedadlara göstərilən dövlət qayğısı

Muxtar respublikamızın uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə etməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsilsəviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin, fiziki və mənəvisağlamlıqlarının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlifsahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir. Belə gənclərimizdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamına əsasən adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na təhsilsahəsi üzrə salınan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Nicat Əlizadədir. Bu xəbər onun müəllim və valideynlərinin böyük sevincinə səbəb olub.

Ardını oxu...

Şahmatçımız beynəlxalq yarışın mükafatçısı olub

Serbiyanın Voyevodina muxtar vilayətində şahmat üzrə beynəlxalq açıq çempionat təşkil olunub. 6 gün davam edən “XI Open International Championship of Vojvodina – 2021” yarışına 14 ölkədən, ümumilikdə, 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yeganə şahmatçı 8 görüşdən 5,5 xal toplayıb. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza Həsənov, reytinq əmsalını da 137 xal artırıb.

Şahmatçımızı təbrik edir, gələcək yarışlarında uğurlar arzulayırıq.

“Təsviri sənətin janrı – natürmort” mövzusunda ustad dərs təşkil edilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində rəsm dərnəyinin üzvlərinə “Təsviri sənətin janrı – natürmort” mövzusunda ustad dərs təşkil edilib.

Ustad dərsdən əvvəl çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov bildirib ki, milli mədəniyyətimiz və incəsənətimizlə yanaşı, uşaqları ümumbəşəri mədəniyyəti, dünya xalqlarının yaratdığı bədii sənət əsərlərini, təsviri incəsənət nümunələrini öyrənməyə, qavramağa, mənimsəməyə  hazırlamaq əsas məsələlərdəndir. Qeyd edib ki, bugünkü dərsin əsas məqsədi uşaqları bu sənətə düzgün istiqamətləndirmək, təsviri incəsənətin əsasını təşkil edən rəssam fikrinin, hislərinin, təsəvvürlərinin və ətraf aləmə münasibətinin obrazlı ifadəsi haqqında onları məlumatlandırmaqdır. Vurğulayıb ki, məktəblərdə fəaliyyət göstərən rəsm dərnəkləri də uşaqların bacarıq və qabiliyyəti, istedadı aşkar etmək baxımından əhəmiyyətlidir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg