15 iyul 2021-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” devizi altında “Şagirdlərin həyatında məktəb-müəllim-valideyn üçbucağının rolu və əhəmiyyəti” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarın keçirilməsində əsas məqsəd dövrün aktual məsələlərindən biri olan valideyn-məktəb münasibətlərinin şagirdlərin həyatında rolu və əhəmiyyətini təhlil etmək, təhsilin məzmununda, təlim-tərbiyənin təşkili məsələlərində baş verən dəyişikliklərlə və tələb olunan fəaliyyətlərlə bağlı müəllim və valideynləri maarifləndirmək, müəllim-şagird-valideyn münasibətlərini düzgün formalaşdırmaq, valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, şagirdlərin adaptasiyası istiqamətində valideynlərə müvafiq tövsiyələr vermək, onların adaptasiya prosesini rahatlıqla keçirməsini təmin etmək, şagirdlərin tərbiyə və təlim prosesində meydana çıxan çətinliklərini aradan qaldırmaq, psixoloji dəstək göstərmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub.